Yuxarı

Millət vəkili: “Ərdəbil əhalisi sürətlə azalır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbil vilayətinin bir çox şəhərlərinin əhalisi sürətlə azalır.

Axar.az xəbər verir ki, bunu Xalxal şəhərinin İran parlamentində olan millət vəkili Bəşir Xaliqi söyləyib. Onun sözlərinə görə, Ərdəbil vilayətinin Xorş-Rüstəm şəhərinin əhalisi vaxtı ilə 35 min nəfər olsa da, indi bu rəqəm 12 min nəfərə düşüb:

“Ərdəbilin Givi şəhərinin də vaxtı ilə 45 min əhalisi vardı, lakin indi 22 mindir. Kəlxur və Xalxal şəhərlərinin də əhalisinin sayında xeyli dərəcədə azalma müşahidə olunub.

Bu bölgənin iqlimi və təbii şəraiti inkişaf və insanların işlə məşğul olması üçün çox münasibdir. Lakin yetkililərin bölgənin problemləri ilə məşğul olmaması bölgə əhalisinin böyük şəhərlərə köçməsinə və əhalinin sürətlə azalmasına səbəb olur”.

Qeyd edək ki, Ərdəbil vilayətinin cənub bölgələrinin əhalisi son illərdə sürətlə azalmağa doğru gedir. Bunun da əsas səbəblərindən biri bölgənin iqtisadi baxımdan geri qalması və işsizliyin günü-gündən artmasıdır.

Tarix
2017.09.19 / 08:15
Müəllif
Elşad Yaqublu
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla