Yuxarı

Donbasın azad edilməsi başa çatır – Rusiya susur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada ordunun federasiya tərəfdarı olan separatçıların nəzarət etdiyi şəhərləri azad etməsindən sonra Rusiyanın bölgəyə sülhməramlı qüvvələr yeridəcəyi haqda deyilənlər əsassızdır".

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Ukraynaya ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı hər hansı sülhməramlı hərbi əməliyyatlar planlaşdırmır: "Ukraynanın şərqində separatçıların 60 faizi rus əsgəridir deyənlər yanılır. Bizim orada heç bir qüvvəmiz yoxdur. Bundan sonra da Rusiya bölgə ilə bağlı hər hansı bir əməliyyat planlaşdırmır. Bu sözləri deyənlər Rusiyanı Ukraynaya qarşı qaldırmaq üçün çalışır".

Ayrıca olaraq, Lukaşeviç Rusiyanın ATƏT-in fəaliyyətini dəstəklədiyini və bu missiyanı əhəmiyyətli bir izləmə mexanizmi olaraq gördüklərini bildirib.

Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy də verdiyi açıqlamada ordunun irəlilədiyini, Donbasda 36 yaşayış məntəqəsindən 23-nün azad edildiyini bildirib.

Xatırladaq ki, Ukraynada başlanan vətəndaş müharibəsində indiyədək 478 nəfər ölüb, 1392 nəfər isə yaralanıb.

Tarix
2014.07.11 / 11:35
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü başladı

Mirziyayevin rəsmi qarşılanma mərasimi oldu

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...

Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...

Kreml Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, nə edəcək?

Zelenski sevincək Bakıya zəng etdi: bu, ona lazımdır - Rus ekspert

Peterburqda dava: Azərbaycanlı ailə deport edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla