Son illərdə İslam dinini təhqir edən kompüter
oyunlarının sayı artmaqdadır.
Axar.az xəbər verir ki, aparılan araşdırmalar kompüter
oyunlarına İslam dinini təhqir edən detalların şüurlu şəkildə
yerləşdirildiyini isbat edir.
"Kol of dyuti - 2" (Call Of Duty Müasir Warfare 2) adlı kompüter
oyununun bir səhnəsində tualetə girildiyi vaxt divarda asılmış
cədvəllərə diqqətlə baxılanda "Allah gözəldir, gözəli sevər" hədisi
gözə çarpır. Həmin oyunu oynayan bir adamın diqqətcilliyi sayəsində
oyun firmalarının insanlara öz çirkin fikirlərini necə təlqin
etməyə çalışdığının şahidi oluruq.
Bu firmaların belə detalları oyunların içinə şüursuzca
yerləşdirməyin mümkün olmadığını düşünən illüminatı mütəxəssisləri
bunun bir qrup işinin məhsulu olduğunu bildiriblər.
Həmin oyunlardan videoları təqdim edirik: