1994-cü ildə medium
Vanqa nənə dünyanı dəhşətə salan növbəti açıqlamasını
verdi:
"18 il sonra Yer Günəşdən üz döndərəcək. Əvvəllər
isti olan ərazilər artıq buz bağlayacaq, nəticədə isə əksər
heyvanlar məhv olacaqlar. İnsanlar enerjiyə görə savaşacaqlar,
ancaq onların ürəklərindəki məhəbbət bunu saxlamağa kömək edəcək.
Sonra isə zaman yenidən geriyə dönəcək. Dalğalar bir çox ölkələri
yuyub yer üzündən siləcək".
Əgər mediumun dediklərinə inansaq, belə çıxır ki, minillərdir
bizi isidən Günəş, yaşadığımız planetdə qlobal qəzanın yaranmasına
şərait yarada bilər.
Proqnozlar
Görəsən, bununla bağlı alimlər hansı proqnozu verirlər? Onlar bu
kor qadının öncədən söylədiyi böyük təhlükəni təsdiqləyirlərmi? Axı
əvvəlcədən işarə edilmiş hadisələr məhz bu il həyata keçməlidir.
Görünür ki, son illər həqiqətən bizim əsas işıq mənbəyimiz özünü
elə də adekvat aparmır. Məsələ burasındadır ki, XIX əsrin
ortalarında alman astronomu Henrix Şvab yeni qanun hazırladı. Bu
qanuna görə, Günəşdə aktivliyin qalxması və itməsi 11 illik dövr
ərzində müşahidə olunur. Ləkələrin sayının çoxluğu günəşdə
aktivliyin artmasının, onun itməsi isə zəifləməsinin
göstəricisidir. Artıq iki yüz ildir ki, alimlər bu prosesi davamlı
olaraq izləyirlər və indiyə qədər heç bir pozuntu ilə
rastlaşmayıblar. Lakin indi məsələ bir az qəlizləşib. Görünür,
Günəş bizim üçün sürpriz etmək qərarına gəlib. 2008-ci ildən
etibarən o, yeni perioda daxil olmalı və belə olacağı təqdirdə
aktivlik hazırda ən yüksək səviyyədə özünü göstərməli idi. Əlbəttə
ki, ortaya sual çıxır: görəsən, bu, planetimiz üçün nə ilə
nəticələnə bilər? Axı Günəşdə olan istənilən dəyişiklik bizim
həyatımıza da təsir edir. Ən azından bunu dünya alimləri
deyirlər.
Buz dövrü
Gəlin təsəvvür edək ki, Günəş hələ uzun müddət oyanmayacaq. Bu
zaman nə ola bilər? Cavab çox asandır. Sadəcə olaraq, bizdən öncəki
tarixə baxmaq lazımdır. Çünki belə hallar bizə qədər də baş verib.
Məsələn, XIV, eləcə də XVII əsrin ortaları və XVIII əsrin
əvvəllərində Günəşdə ləkələr demək olar ki, yox dərəcəsində idi
(alimlər belə təzahürü "minimum Maundera" adlandırırlar). Bu
vədələr yer üzündə kiçik buz dövrü hökm edirdi. "Parisli Matveyin
xronikası"nda 1312-1315-ci illər arası İngiltərə, Şotlandiya,
Almaniya və Fransanın şimalında ilin isti günlərində yağışlı
havanın, soyuq günlərində isə dəhşətli dərəcədə şaxtaların
hökmranlıq etməsi ilə bağlı məlumat verilir. Hətta İtaliyanı da
soyuqlar öz cənginə almışdı. Əkinsiz keçən bir neçə il Avropada
kütləvi aclığın baş qaldırmasına səbəb olmuşdu. XVII-XVIII əsrlər
isə özünün kəskinliyi və sərtliyi ilə seçilir. Avropanın cənubunu
soyuqlar öz hakimiyyəti altına almışdı. Vəziyyət hətta o dərəcəyə
çatmışdı ki, 1621-1669-cu illərin qış aylarında Bosfor boğazında
sular tam donmuşdu. İtaliya şəhərləri tam şəkildə qarla örtülmüşdü.
Fransızlarla almanlar isə 1664-1665-ci illərin qış aylarında köç
edən quşların ölərək yerə düşdüyünü müşahidə etmişdilər.
Dalğalar ölkələri yuyur
Lakin Günəşin əvvəl-axır öz aktivlik dövrünün ən maksimum həddə
çatacağı ilə bağlı versiya da var. Amma alimlər ən çox başqa şeydən
qorxurlar. Onlara görə bu möhtəşəm işıq mənbəyi qəflətən oyana və
elə məhz bu zaman özündən fəzaya güclü ion axınının buraxmasına
səbəb ola bilər. NASA alimlərinin hesablamasına görə bu, 2013-cü
ildə özünü göstərəcək. Bəs, görəsən, oyanış yer üzünü nə ilə təhdid
edir? Bu an Vanqanın öncədən söylədiklərinə diqqət etmək yerinə
düşər.
"Dalğalar çox ölkələri yuyacaq"
Əslində burada məntiq var. Çünki Günəş Yer planetində seysmik və
vulkanik proseslərə çox güclü təsir etmək qabiliyyətinə malikdir.
Alimlər müəyyən ediblər ki, günəşdə aktivliyin yüksəlməsi
planetimizdə zəlzələlərin baş verməsinə və vulkanların partlamasına
səbəb yaradır. Məsələn, bundan əvvəlki dövrdə maksimum aktivlik
2001-ci ildə müşahidə olunub. Nəticədə Yer 1999-cu ilin sonlarında
2004-cü ilə qədərki dövrdə seysmik dalğaların törətdiyi qəzaları
müşahidə etmək məcburiyyətində qalıb. Fərziyyələr görə, 2011-ci
ildə Yaponiyada baş verən zəlzələ, məhz Günəşin Yerə güclü təsiri
nəticəsində mümkün olub. Bu təsir planetə martın 10-da daxil olsa
da, ayın 11-də özünü göstərib. Nəticədə, tez bir zaman ərzində
Günəşin doğulduğu ölkənin başını bəla aldı. Bunun sayəsində
təxminən güman etmək olar ki, işıq mənbəyində olan günəş tufanı yer
üçün nə ilə nəticələnəcək.
Zaman müharibə və inqilablarındır
Hələ 1930-cu illərdə sovet alimi Aleksandr Çijevski "kosmik
hava" anlayışını irəli sürmüşdü. O, hər kəsin bütün diqqətini
günəşdə olan dəyişikliklərə yönəltməsini istəyirdi. Alimə görə bu
cür hallar yer kürəsində mövcud olan bütün canlı həyata təsir edir.
Məsələn, taxıl əkini, heyvanların, balıqların, həşəratların öz
yerlərini dəyişməsi və təbii artımı məhz bu amillərlə əlaqədardır.
Günəşdə güclü aktivlik və geomaqnit qasırğalar insanlarda xroniki
xəstəliklərin meydana gəlməsinə, çoxlu gözlənilməz və xoşagəlməz
hadisələrin baş verməsinə və səbəbi məlum olmayan ölümlərin sayının
artmasına şərait yaradır. Bundan əlavə bizim "qaynar ulduz"umuz
insanlara təkcə fiziki yox, həm də psixi baxımdan çox güclü təsir
edir. Bunu sübut etməkdən ötrü bizdən öncəki tarixə yenidən nəzər
yetirmək lazımdır. Günəşdə aktivliyin maksimuma qalxdığı dövrlər
ərzində insanlığın taleyinə çox güclü təsir edəcək mühüm hadisələr
baş verib:
1905 və 1917-ci illər Rusiya inqilabı, 1939-cu il İkinci Dünya
Müharibəsi, 1991-ci il SSRİ-də dövlət çevrilişi.
Günəşdə olan aktivliyin və yerdə baş verən proseslərin (sosial
hadisələr də daxil olmaqla) arasında əlaqənin olmasını rus alimi
Yuri Zayçev artıq çoxdan jurnalistlərə açıqlamasında bildirib. Onun
sözlərinə görə, bu fəallıq yenidən sosial partlayışlara –
müharibələrə, inqilablara, mənəvi, iqtisadi və digər böhranlara
səbəb ola bilər.
Elektroapokalipsis
NASA-nın Günəşin müşahidəsi ilə məşğul olan mütəxəssisi Riçard
Fişer gələcək üçün elə də ürəkaçan olamayan, çox kədərli proqnoz
verib. Onun fikrinə görə, 2013-cü ildə yer kürəsində qlobal
texnogen qəza baş verə bilər: "Maqnit qasırğası kommunikativ və
kompüter sistemlərinin, telefon və peyk əlaqələrinin sıradan
çıxmasına, aeroportların işində problemlərin yaranmasına səbəb
olacaq".
NASA-da baş verə biləcək kataklizmlərin ssenariləri Hollivud
qəza filmlərinin süjetlərinə bənzəyir. Beləliklə, 2014-cü ildə
Günəşdə iki güclü partlayış baş verəcək, hansı ki, bu, yerdə
geomaqnit qasırğanın meydana gəlməsinə səbəb olacaq. Bunu dünyanın
müxtəlif bölgələrində yaşayan insanlar müxtəlif cür, amma bu dəfə
əvvəlkilərə nisbtən daha güclü hiss edəcəklər. Bu zaman hərfi
mənada dünyanın sonu çatacaq. Daha dəqiq desək, elektrikin sonu
olacaq. Bir an içərisində bütün enerqosistemlər, həddindən artıq
yüklənəcək bütün transformatorlar sıradan çıxacaqlar.
NASA-nın proqnozlarına görə, ABŞ-a ediləcək "kosmik hücumu"n elə
ilk 90 saniyəsi ərzində əsas açar olan transformatorlar sıradan
çıxacaqlar. Bunun da nəticəsində 130 milyon insan elektrik
enerjisindən məhrum olacaq. Doğrudur, gün vurmasının özü əksər
insanlar üçün elə də təhlükəli deyil, amma onun nəticələri... Təkcə
elektroenergetikanın yenidən bərpa edilməsinə aylarla vaxt sərf
ediləcək. Bu zaman ərzində meyvələrin saxlanması üçün gərəkli olan
bütün soyutma sistemləri, benzindoldurma məntəqəsi, qaz və neft
emalı, nəqliyyat və digər başqa şeylər fəaliyyət göstərmiyəcəklər.
Hətta xəstəxanaların hər şeydən kənarda mövcud olan əlavə enerji
ehtiyatı da sonrakı günlər ərzində fəaliyyət üçün kifayət
etməyəcək. Bu şəkildə sistemin sıradan çıxması Yer üçün milyonlarla
itkilərin baş verməsinə gətirib çıxaracaq.
Bir sözlə, Günəşin qəfil oyanışı yer üzündə olan insan həyatını
və digər canlıların fəaliyyətini bir an içində tamamilə dəyişdirə
bilər. Bunun sayəsində isə bəşəriyyət öz tarixində yeni bir dövrə
qədəm qoymaqla qarşı-qarşıya qalacaq.