Yuxarı

Ermənilərin analarını söyüb, döydülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Tiflisdə Sub Eçmiədzin erməni kilsəsində dini-etnik zəmində qarşıdurma baş verib.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstandakı Erməni Apostol Provoslav Müqəddəs Kilsəsi Yeparxiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 16 radələrində kilsənin yerləşdiyi ərazidə təxribata cəhd olunub.

Əraziyə daxil olmaq cəhdi alınmayanda naməlum qadın deyib ki, din xadimlərinin avtomobilləri onun maşınının manevr etməsinə mane olur. Bu zaman əraziyə aqressivliyi ilə seçilən iki nəfər gələrək avtomobili kənara çəkiblər. Bundan sonra həmin şəxslər ermənilərin analarını söyüblər. Daha sonra avtomobildən düşən kişi dəyənək götürərək, erməni yeparxiyasının üzvlərini vurmağa cəhd edib. Səs-küyü eşidən kilsənin əməkdaşları küçəyə çıxaraq gərginliyi azaltmağa çalışsalar da, baş verən dava-dalaş zamanı yeparxiya əməkdaşlarından biri kürəyindən vurulub.

Bundan sonra həmin kişilər soyuq silahlarla silahlanmış təxminən 50 nəfərlik dəstə ilə yenidən kilsəyə yaxınlaşıblar. Onlar kilsənin dini xadimlərini və yeparxiyanın əməkdaşları ilə davaya başlayıblar, eləcə də ermənilərin ünvanına söyüşlər yağdırıblar. Dava zamanı erməni yeparxiyasının əməkdaşları və kilsənin dini xadimləri arasında bədən xəsarətləri alanlar da olub.

"Gürcüstan hüquq-mühafizə orqanlarını baş verən hadisə ilə bağlı araşdırmağa aparmağa çağırırıq", deyə - yeparxiyanın yaydığı bəyanatda qeyd olunub.

Tarix
2014.07.21 / 09:28
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla