Avropa Birliyi Ukraynada baş
verənlərlə bağlı Rusiya məmurlarına qarşı tətbiq etdiyi
genişləndirilmiş sanksiyasını açıqlayıb.
Axar.az xəbər verir ki, siyahıda kifayət qədər məşhur simalar
var.
Siyahıya daha 15 şəxs və 18 təşkilat daxil edilib. Avropa
Birliyinin qara siyahısına düşənlər arasında Rusiya Federal
Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici
kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fredkovun da adları var.
Genişləndirilmiş sanksiyaya Çeçenistan rəhbəri Ramzan Kadırov,
Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçyov, Rusiya
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, keçmiş Daxili
İşlər naziri Rəşid Nurqaliyev, Dumanın keçmiş sədri Boris Qrızlov
və digər şəxslər məruz qalıb.
Bundan başqa Ukraynada separatçı Donetsk və Luqansk
respublikalarının liderləri də Qərbin sanksiyalarına məruz
qalıb.