Yuxarı

Türkiyədən yeni həmlə: “Süleyman Şah” qaytarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən yeni həmlə: “Süleyman Şah” qaytarılır

İŞİD təhlükəsi səbəbilə köçürülən Süleyman Şah türbəsi əvvəlki yerinə qaytarılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Fikri İşıq söyləyib.

“Şah Süleyman türbəsi gec-tez yerinə qaytarılacaq”, - o bildirib.

Qeyd edək ki, “Milliyyət” qəzetinin yazarı Tunca Bengin “Süleyman şah həmləsinin zamanı” başlıqlı məqaləsində türbənin daşınması məsələsini gündəmə gətirmişdi:

“Türkiyə Tel-Abyaddan Menbiçə doğru geniş bir dəhliz yaradacaq. Yəni Afrində olduğu kimi, Menbiçə şimaldan daxil olmayacaq. Geniş təhlükəsizlik dəhlizi vasitəsilə həm Fəratın şərqini, həm də Menbiçi nəzarət altına alaraq bir güllə ilə iki dovşan vuracaq. Bu dəhlizin açılmasını da Süleyman şah türbəsinin əvvəlki yerinə qaytarılması ilə əsaslandıracaq. Çünki həmin bölgə Menbiçin şərq hissəsində, Fərat sahillərindədir. Türbəni həmin əraziyə qaytardıqdan sonra Türkiyə Silahlı Qüvvələri geniş bir ərazidə təhlükəsizliyi təmin edəcək. Daha sonra isə həm Menbiç, həm də Fəratın şərqinə doğru dəhlizi genişləndirəcək. Mənə görə, Türkiyə ilk növbədə bunu etməlidir. Əgər bu olmazsa, Türkiyə Afrində olduğu kimi, Menbiçə də sərhəddən daxil olacaq”.

Qeyd edək ki, Süleyman Şah türbəsi bundan əvvəl Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu torpaq ərazisidir.

2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu ərazi terror təşkilatı İŞİD-in nəzarətinə keçib. TSQ-nin 700 nəfərlik heyəti 2015-ci il fevralın 22-də türbədə olan 40 əsgəri ölkəyə geri qaytarmaq üçün Suriyaya daxil olub. Türbədə yerləşən Süleyman Şahın məzarı və digər mənəvi dəyərli əşyalar götürüldükdən sonra türbə və yaxınlıqdakı polis bölməsi partladılıb. 2015-ci ildə Süleyman Şah türbəsi Şanlıurfanın Birəcik mahalının qarşısında, Suriyanın Əsmə kəndində yenidən qurulub.

Tarix
2018.04.02 / 15:30
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla