Yuxarı

Kadırov: “Mənimlə görüş üçün milyard da versələr…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov: “Mənimlə görüş üçün milyard da versələr…”

"Hətta bir milyard dollara belə mənimlə görüş təşkil etmək mümkün deyil".

Axar.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində Çeçenistan Prezidenti Ramzan Kadırov yazıb. Belə bir məlumatın yazılmasına səbəb isə Osetiya sakininin aldadılması olub.

Osetiya sakini Teymuraz Qaqiev ailə üzvlərinin müalicəsinə yardım üçün Qroznıya Ramzan Kadırovdan xahiş etməyə gəlib. Lakin görüş üçün birbaşa müraciət etmək mümkün olmayıb. Teymuraz Qaqiev özünü Kadırovun nümayəndəsi kimi qələmə verən Həmzət Asuxanovdan kömək istəyib. Həmzət Asuxanov görüş təşkil etmək üçün ondan yüz min rubl tələb edib. O, pulu aldıqdan sonra yoxa çıxıb.

Ramzan Kadırov hüquq-mühafizə orqanlarına məsələnin araşdırılmasını tapşırıb. Kadırov onunla görüş təşkil etmək üçün hətta bir milyard dolların belə yetməyəcəyini deyib. O, insanların məlum ünvanlara müraciət etmələrini və istənilən yardımın ediləcəyini bildirib.

Tarix
2014.09.03 / 11:59
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla