Yuxarı

Holland alim Putinin verdiyi mükafatı rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Holland alim Putinin verdiyi mükafatı rədd etdi

Məşhur holland filoloqu və tərcüməçisi Hans Boland Rusiya Prezidenti Vladimir Putinin siyasətinə etiraz əlaməti olaraq Puşkin adına mükafatdan imtina edib.

Axar.az rus mediasına istinadən xəbər verir ki, Boland avqust ayında Rusiya səfirliyinin mədəniyyət üzrə attaşesi Fyodr Voronindən noyabrın 4-də Xalq birliyi günü münasibətilə Kremldə keçiriləcək Puşkin adına mükafatın təqdimat mərasiminə dəvət alıb. Mükafatları Putin şəxsən özü təqdim edəcək.

Tərcüməçi dəvətə rədd cavabı verib və öz qərarını yazdığı məktubda belə izah edib: "Sonsuz ehtiram bəslədiyim Anna Axmetovanın qızğın apostolu olaraq – daha münasib və doğru söz tapa bilmədim – həqiqət tələb etdiyi an möhkəm olmalıyam. Əgər davranış və düşüncələrinə nifrət etdiyim prezidentiniz olmasaydı, mən çox böyük məmnuniyyətlə göstərilən şərəfi qəbul edərdim. O, planetimizin sülh və azadlığı üçün çox böyük təhlükədir. Allah eləsin ki, onun "ideyaları" ən yaxın günlərdə tamamilə puç olsun. Onunla mənim aramda, onun adı ilə Puşkinin adı arasında istənilən əlaqə mənim üçün dözülməz və ikrah doğurucudur".

Qeyd edək ki, sitat "Novaya qazeta"dan gətirilib.

Voronin bildirir ki, Boland şəxsi məktubunun yayımlanması üçün icazə istəməyib və onu nəşr etdirmək barədə səfirliyə xəbərdarlıq da etməyib.

Xatırladaq ki, Bolandın tərcüməsində Aleksandr Puşkin, Mixail Lermontov, Anna Axmetova, Nikolay Qümilyovun şeirləri, eləcə də Fyodr Dostoyevskinin "Cinlər" romanı, İvan Krılov, Osip Mandelştam, Varlam Şalamov, Venedikt Yerofeyev və Vladimir Nabokovun əsərləri niderland dilində nəşr olunub. Bolan Amsterdam universitetində dərs deyir.

Puşkin adına mükafat isə 1969-cu ildən Rusiya Elmlər Akademiyası (əvvəllər SSRİ Elmlər Akademiyası) tərəfindən ədəbi tənqid, nəzəriyyə və ədəbiyyat tarixi sahəsindəki görkəmli elmi əsərlərə verilir.

Tarix
2014.09.08 / 10:24
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla