Yuxarı

"Ya qalib gəl, ya da kənara çəkil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ya qalib gəl, ya da kənara çəkil”

Alyaskanın keçmiş qubernatoru və 2008-ci ildə Birləşmiş Ştatların vitse-prezident postuna namizəd Sara Peylin özünün Feysbuk səhifəsində bildirib ki, Obama ya "İslam dövləti" ilə mübarizədə ondan asılı olan hər şeyi etməli, ya da yerinə çəkilməlidir.

Axar.az rus mediasına istinadən xəbər verir ki, Peylin uğur üçün səbəbləri sayıb:

"Müharibə - cəhənnəmdir. Odur ki, ya müvəffəqiyyət qazanın, ya da evinizə gedin, cənab prezident (Go Big or Go Home). Uğur qazanmaq – güclü olmaq, özünə inanmaq, sağlam düşüncəyə sahib olmaq, komandanlıq etibarı aşılamaq deməkdir".

Siyasətçi həmçinin bildirib ki, "İslam dövləti" üzərində qələbə deyərkən, Obama onun məhz nəyi nəzərdə tutduğunu bilir və prezidentin vədinə şübhə edir. Belə ki, onun fikrincə, Obamanın bəyanatı olduqca ziddiyyətlidir.

Barak Obama bu günlərdə "İslam Dövləti" ilə mübarizədə bomba strategiyasını bəyan etmişdi.

Xatırladaq ki, Peylin amerikalıları şoka salan bəyanatları ilə məşhurdur. Alyaskanın keçmiş qubernatorunun tənqid hədəfi çox vaxt ABŞ Prezidenti Barak Obama olur. O, Respublikaçılar Partiyasının üzvüdür. 2006-cı ildən 2009-cu ilədək Alyaskanın qubernatoru olub. 2008-ci ildə ABŞ prezidentliyinə seçkilərdə Con Makkeyn onun namizədliyini vitse-prezident postuna irəli sürsə də, o zaman qələbəni Barak Obama qazanıb.

Tarix
2014.09.12 / 22:23
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla