Yuxarı

Avropa mətbuatı: “Sanksiyalar Putini gücləndirir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa mətbuatı: “Sanksiyalar Putini gücləndirir”

"Rusiya prezidenti Ukrayna böhranı, Qərbin sanksiyaları və Moskvanın cavab tədbirləri fonunda öz ölkəsinin vətəndaşlarının çox böyük dəstəyini qazanır və Qərbin təzyiqini böyük uğurla dəf edir".

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu fikri "The Fortune" nəşrinin şərhçisi Vivyen Uolt qələmə alıb. Onun fikrincə, əgər sanksiyalar götürülməsə və Rusiya çətin dövrü adlaya bilsə, Vladimir Putin ölkənin maraqlarını müdafiə etməyi bacardığını bir daha sübut etmiş olacaq. Və bütün bunlar onu göstərir ki, hazırkı böhran Rusiya liderini daha da gücləndirə bilər:

"Rusiya və ABŞ prezidentləri artıq əllərini nüvə düymələrindən çəksələr də, Rusiya-Amerika münasibətindəki gərginlik çoxmilyardlı kontraktları təhlükə altında qoya, çoxlu sayda Amerika şirkətlərinin gəlirlərini zərbə altına sala, eləcə də, ikitərəfli işgüzar əlaqələrin vaxtından əvvəl yarımçıq kəsilməsinə səbəb olar bilər.

"Sanksiyalar müharibəsi" hər iki tərəfə mənfi təsir göstərir. Bu səbəbdən də Rusiya sanksiyaların çox davam etməyəcəyini güman edir və onların haqlı olduqları da istisna deyil. Anti-Rusiya tədbirlərində, xüsusilə də Avropanın Rusiya qazına olan tələbatını nəzərə alsaq, ABŞ və AB arasında yekdil fikir yoxdur", - deyə məqalə müəllifi xüsusi vurğu ilə qeyd edir.

Rusiya siyasətçilərinin də əksəriyyəti hesab edir ki, çətin dövrün öhdəsindən gəlməyə hazırdırlar. Rusiyada vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Çin, Fars körfəzi ölkələri və digər dövlətlərlə birgə layihələr planlaşdırılır, eyni zamanda Qərbdən asılılığı minimuma endirmək üçün daxili istehsalatı inkişaf etdirmək nəzərdə tutulur.

Tarix
2014.10.09 / 17:25
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla