Yuxarı

Mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı – Özəl

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov tutduğu vəzifədən azad edilib.

Axar.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunmuş qərarla İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi yaradılıb.

Şöbənin rəhbəri Səid Hüseynov tutduğu vəzifədən azad edilib və Geologiya İnstitutuna göndərilib.

Axar.az-ın əldə etdiyi məlumata görə, yeni yaradılmış idarəyə Zülfüqar Fərzəliyev təyin olunub.

Zülfüqar Fərzəliyev bundan öncə "Elm" qəzeti və "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsini icra edib.

Qeyd edək ki, Səid Hüseynov bu vəzifəyə ötən ilin iyununda təyin edilmişdi.

***

S.Hüseynov Axar.az-a açıqlamasında bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə sözügedən idarə yaradılıb və İctimaiyyətlə əlaqələr şöbəsi də həmin idarəyə verilib:

"Biz şöbə olaraq həmin idarənin daxilində fəaliyyət göstəririk və mən də öz vəzifəmin icrasına davam edirəm. Mediaya bununla bağlı əlavə məlumat veriləcək".

Tarix
2014.10.20 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla