Yuxarı

Fransada son durum: 1700-dən çox saxlanılan var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.12.08 - 12:52

“Sarı jiletlilər”in növbəti aksiyasında iştirak etmək üçün yüzlərlə insan Parisin Etual meydanına toplaşmağa başlayıb.

Axar.az xəbər verir ki, insanlar Yelisey Sarayının yaxınlığında yerləşən meydana səhər saatlarından etibarən axın ediblər. Etirazçılar arasında parislilərlə yanaşı, regionlardan da gələnlər var.

Polis etiraz aksiyalarından öncə xüsusi əməliyyat keçirib və 278 nəfər nəzarətə alınıb.

***

Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər yaralanıb.

Polislə yaşanan qarşıdurmalar nəticəsində 615 nəfər saxlanılıb, onlardan 508-i nəzarət altına alınıb.

Hazırda paytaxtda etirazçıların sayı 8 mini ötüb.

***

Fransada davam edən aksiyalarla bağlı zirehli maşınlar hazır vəziyyətə gətirilib.

***

Fransanın yüzdən çox şəhərində “Yaşıl jilet”lilər iqlim dəyişikliyi ilə əlaqədar etiraz yürüşü ediblər.

Parisdə “Sarı jilet”lilərin də qoşulduqları dinc aksiyanın iştirakçıları paytaxtın şərqində Milli meydanından Respublika meydanına yürüş ediblər. “Yaşıl jilet”lilər “Sarı jilet”liləri dəstəklədiklərini bildiriblər.

***

Ehtiyac olarsa, bütün Fransa ərazisində təhülkəsizlik tədbirləri davam edəcək.

Bu sözləri Fransa Daxili İşlər naziri Kristof Kastaner bildirib.

O, ötən gün Fransanın müxtəlif bölgələrində keçirilən etirazlarda iştirak edən 125 min nəfərdən 138-nin saxlanıldığını, 118 nümayişçi və 17 təhlükəsizlik əməkdaşının yaralandığını bildirib.

***

Fransada keçirilən “sarı jiletlilər” aksiyaları zamanı saxlanılanların sayı 1726 nəfərə çatıb.

Bu barədə Fransanın Daxili İşlər naziri Kristofer Kastaner bildirib.

Məlumata görə, sözügedən şəxslərin böyük əksəriyyəti Parisdə saxlanılıb. Onlardan bir çoxunun üzərində silah tapılıb.

Tarix
2018.12.09 / 13:07
Müəllif
İlkin, Nərmin, Büllurə, Orxan
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla