Yuxarı

İngiltərə Əfqanıstandan çıxdı – 453 itki ilə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə Əfqanıstandan çıxdı – 453 itki ilə

İngiltərə Müdafiə naziri Maykl Fellon Böyük Britaniya hərbi qüvvələrinin Əfqanıstanı tərk etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, son hərbi bazanı Əfqanıstana təhvil verdiklərini deyən Fellon bu ölkədə vəzifələrinin başa çatdığını bildirib:

"Taliban tam olaraq məğlub edilmədi. Ancaq bu gündən etibarən təhlükəsizliyi təmin etmək üçün bütün məsuliyyət əfqan qüvvələrində olacaq".

General 2001-ci ildən bəri Əfqanıstanda bir sıra səhvlərə yol verildiyini etiraf etsə də, bir çox uğurlara da imza atdıqlarını dilə gətirib.

Generalın bu açıqlamasından sonra İngiltərənin 2006-ci ildən bəri Əfqanıstanın Helmand vilayətində yerləşən bazasında dalğalandırdığı bayraq endirilib.

Xatırladaq ki, 2001-ci ildən Əfqanıstanda əməliyyatlara qoşulan Böyük Britaniya qüvvələri 453 əsgərini itirib. 13 ildə 140 min ingilis əsgərinin xidmət etdiyi bu ölkə üçün Birləşmiş Krallıq 19 milyard funt-sterlinq xərcləyib.

Tarix
2014.10.26 / 22:14
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla