Yuxarı

Kreml bu ölkənin işğalına başladı – Putinin eks-müşaviri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Belarusun anneksiyasına başlayıb.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionovun öz bloqunda yerləşdirdiyi məqaləsində əksini tapıb. O bu iddianı Putinin keçirdiyi mətbuat konfransında ölkəsindəki əhalinin sayı ilə bağlı etdiyi açıqlamaya əsasən səsləndirib.

Eks-müşavir Putinin bu mətbuat konfransında Rusiya əhalisinin 160 milyon nəfər olması fikrinə diqqət çəkib:

“Krım əhalisinin də nəzərə alındığı statiskaya əsasən, 1 noyabr 2018-ci ildə Rusiya əhalisi 146,8 milyon nəfər təşkil edib. Məhz bu rəqəmi Putin əvvəllər bir neçə dəfə təkrar edib. Fərq 13,2 milyon nəfərdir. Belə ki, Belarus, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXR) və Cənubi Osetiyanın ümumi əhali sayı da bu qədərdir. Belarusda 9,5 milyon nəfər, DXR-də 2,3 milyon nəfər, LXR-də 1,5 milyon nəfər, Cənubi Osetiyada isə 0,05 milyon nəfər yaşyır. Nəticədə Rusiya ərazisində yaşamayan bizim xalqın sayı 13,3 milyon nəfər, Rusiyada yaşayanların sayı isə 146,8 milyon nəfər edir. Beləliklə, bizim maraqlarını qoruduğumuz xalqın sayı 160,1 milyondur. Putinə bizim xalqın maraqlarını müdafiə etməsi haqqında fikirləri səsləndirməsinə imkan verən hüquqi əsas bundan bir gün öncə prezidentin İttifaq Dövlətinin hərbi doktrinasını təsdiq etməsi olub”.

İllarinovun fikrincə, məhz bu sənəd Belarusun Rusiyanın bir hissəsi olmasına imkan verib:

“Başqa sözlə desək, 19 dekabr 2018-ci ildən etibarən Belarus xalqı bizim xalqın bir hissəsi oldu. Belarus xalq bizdə yaşayır, onun maraqlarını Putin təyin edir və müdafiə edir. Aydındır ki, bu, Putinin son zamanlarda əldə etdiyi vacib uğurdur. Bu isə ona imkan verir ki, özü üçün faydalı hesab etdiyi situasiyada hərbi doktrinada göstərilən alətlərdən öz məqsədləri üçün istifadə etsin. Məsələn, Putin sülhməramlı qüvvələrdən 2008-ci ildə Cənubi Osetiyada, Rusiya hərbi bazasından 2014-cü ildə Sevastopolda alət kimi istifadə edib. 2014-cü ildə Donbasda isə maraqlarını qoruduğumuz xalq alətindən yaralanıb. İndi isə Belarus üçün İttifaq Dövlətinin hərbi doktrinası formasında yeni alət meydana çıxıb.

Putinin 20 dekabr 2018-ci ildəki sözləri Belarusun anneksiyasının başlanmasının bəyanıdır”.

Tarix
2018.12.26 / 12:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla