Yuxarı

ABŞ İrana Ermənistandan girəcək – Baqiri Bakıda nə dedi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana Ermənistandan girəcək – Baqiri Bakıda nə dedi?

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İranla münasibətlər həmişə yaxşı səviyyədə olub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, zaman-zaman narazılıqlar, problemlər Tehran tərəfdən hədə-qorxular olub:

"İranın Ermənistanla yüksək səviyyədə olan münasibətlərini də nəzərə alsaq, Azərbaycan-İran münasibətlərinin bu səviyyədə qalması müsbət hal kimi dəyərləndirilməlidir. Azərbaycan və İran hakimiyyətləri arasında qeyri-rəsmi anlaşma mövcuddur. İran tərəfi şiə, Azərbaycan tərəfi isə türk kartından istifadə etmir. Hələlik tərəflər ümumi ölçüdə bu anlaşmaya riayət edirlər. Ümüd edirik ki, bundan sonra da belə davam edəcək. Azərbaycanla İranın eyni tarixi bağları var. Səfəvilər, əfşarlar, qacarlar - bunlar hamısı bizim ümumi tariximizdir".

Politoloq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin Qarabağla bağlı çıxışına da münasibət bildirib:

"Biz istərdik ki, İranın bütün Azərbaycanla bağlı siyasəti belə olsun. Baqirinin bu çıxışını qərbyönümlü sayılan yeni erməni iqtidarına Tehranın ola biləcək inamsızlığı kimi də dəyərləndirmək olar. Hesab edirəm ki, Ermənistanla əlaqədar İran kəşfiyyatının əlinə hansısa informasiya keçib və bu informasiyaya uyğun da Baqiri Azərbaycana açıq dəstək verməklə İrəvana mesaj verib. Neçə vaxtdır ki, xəbərlər yayılır, ABŞ İrana qarşı əməliyyat hazırlayır və plasdarm kimi Ermənistan-İran sərhədindən istifadə ediləcək. İstənilən halda Baqirinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışını müsbət dəyərləndirməliyik".

Politoloq vurğulayıb ki, bu il həm region, həm Azərbaycan üçün ciddi dəyişiklik ili ola bilər:

"Azərbaycan üçün əsas məsələ torpaqların azad edilməsidir".

Tarix
2019.01.18 / 13:35
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla