
Millimiz Qazaxıstana qalib gəldi
22:16
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.
Axar.az Azərtac-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Məcəlləsinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.
Yeni dəyişikliyə əsasən, qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.
Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.
Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.
Tarix
2019.02.24 / 11:09
|
Müəllif
Axar.az
|