"Mustafa Kamalın ilk tələbəsi Mussolini, ikincisi isə
mənəm. Bütün enerjimi Atatürkdən alıram. O, bizim həyat
işığımızdır".
Axar.az-ın məlumatına görə, Adolf Hitler həyatı boyu Mustafa
Kamal Atatürkün heyranı olub. Adolf Hitler bu heyranlığını müxtəlif
vasitələrlə bir neçə dəfə dilə gətirib. O, hətta Atatürkə
"Mersedes" markalı avtomobil də hədiyyə edərək ona heyran olduğunu
bildirib.
Hitlerin məşhur olmayan "Süfrə söhbətləri" kitabında Atatürk
haqqında söylədiyi fikirlər ona heyran olduğunu bir daha
göstərir:
"Bizim məqsədimiz dünyada nasistlərin hegemonluğunu qurmaqdır.
Lakin mən Türkiyə ilə heç vaxt düşmən olmayacağam… Yəni dünyada
savaşmayacağım tək ölkə Türkiyədir. Mavi gözlü Mustafa Kamal bizə
demokratiya və milliyətçiliyin nə olduğunu öyrədib… Mənim ustam
2-ci Duçedir, amma onun ustası da Mustafa Kamaldır. Mustafa Kamalın
ilk tələbəsi Mussolini, ikincisi isə mənəm. Bütün enerjimi
Atatürkdən alıram. O, bizim həyat işığımızdır".