Yuxarı

Tiflis geri çəkildi: Pankisidə SES tikintisi dayandırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis geri çəkildi: Pankisidə SES tikintisi dayandırılır

Gürcüstan hökuməti Pankisi dərəsindəki su elektrik stansiyasının tikintisinə əhalinin 90%-nin razılığını aldıqdan sonra başlayacaq.

Axar.az xəbər verir ki, bu bəyanatla Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya çıxış edib. O, yerli əhali ilə bu istiqamətdə danışıqları SES-i tikəcək şirkətin aparacağını bildirib.

Qaxariya əhalinin bu məsələyə daş atmaqla etiraz etməsinin problemdən çıxış yolu olmadığını deyib. O, polisə hücum edən bütün şəxslərin cəzalandırılacağını və xüsusi təyinatlıların yaxın zamanlarda Pankisi dərəsini tərk edəcəyini söyləyib.

Qeyd edək ki, dünən Pankisi dərəsində yerli əhali ilə polis arasında böyük toqquşma yaşanıb. Buna səbəb yerli əhalinin “Xadori” su elektrik stansiyasının tikintisinə etiraz etməsi olub. Əhalini narazı salan əsas məqam Alazan çayı üzərində tikiləcək SES-in onların öz evlərini tərk etməyə məcbur qoyacağı qorxusudur.

Tarix
2019.04.22 / 10:58
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla