Yuxarı

Terrorçular Gürcüstandan istifadə etmək istədi, ancaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il bəzi terrorçu təşkilatlar Gürcüstan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstəriblər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Qriqol Liluaşvili parlamentdəki komitə iclasında söyləyib. O, qurumun 2018-ci ildəki fəaliyyəti barədə hesabatı komitə üzvlərinə təqdim edib.

Hesabatda Gürcüstanda korrupsiyaya, terrora, habelə kimyəvi, bioloji, radioloji təhlükələrə qarşı mübarizə və şəxsi məlumatların mühafizəsi istiqamətində görülən işlər əksini tapıb.

Bildirilir ki, mübarizə tədbirləri nəticəsində terrorçu təşkilatlarla əlaqəsi olan şəxslərin Gürcüstan ərazisindən tranzit kimi istifadə halları əsaslı surətdə azalıb. Buna görə də Gürcüstanın adı terror təhlükəsi riski çox olan ölkələrin siyahısında yoxdur.

DTX Gürcüstan sərhədini saxta sənədlərlə keçmək və ölkədə yaşayış hüququ almaq istəyən 1200-ə qədər əcnəbi vətəndaş aşkar edib.

Operativ məlumatlara əsaslanaraq 139 xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb.

Tarix
2019.04.23 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla