Yuxarı

Rusiyada uşaqların xaricə aparılması qaydalarında - Dəyişiklik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada uşaqların xaricə aparılması qaydalarında - Dəyişiklik

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti iyunun 12-dən uşaqların xaricə aparılması qaydalarının dəyişdiyini bildirib.

Axar.az xəbər verir ki, yetkinlik yaşına çatmamış Rusiya vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi haqqında ərizələrin təqdim olunması qaydası dəyişib. İndi bu barədə ərizə yetkinlik yaşına çatmamış vətəndaşın özünün, yaxud valideynlərindən birinin və ya himayədarının yaşadığı ərazi üzrə miqrasiya orqanına, eləcə də ərizəçinin daimi yaşadığı ölkədə Rusiya diplomatik nümayəndəliyinə və konsulluğuna təqdim edilməlidir.

Əvvəllər yetkinlik yaşına çatmamış Rusiya vətəndaşının ölkədən çıxarılmasına icazə verməyən valideyn sərhəd xidməti orqanlarına da müraciət edə bilərdi. Bu il təsdiq olunmuş yeni qaydalarda sərhəd xidməti orqanları siyahıdan çıxarılıb. Bununla əlaqədar, sərhəd xidməti orqanları yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən çıxarılmasına icazə verilməməsi haqqında ərizə qəbul etməyəcək.

Tarix
2019.06.10 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla