Yuxarı

Erməni əsgərin hərəkəti Ermənistanı silkələdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni əsgərin hərəkəti Ermənistanı silkələdi - Video

15:51

Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb.

Axar.az xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açapnyak rayonundan orduya çağırılan Narek S. adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən imtina edib. Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib.

“Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki - cəmi 55 kiloqram çəkisi vardı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir”, – deyə əsgərin valideynləri deyiblər.

Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gəlib və Kanaz hərbi hospitalına köçürüblər.

Qeyd edək ki, dünən həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərinin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailəsinin tək övladı olduğu bildirilib. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.

Tarix
2019.07.22 / 23:06
Müəllif
Əli, İlkin
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla