Yuxarı

Paşinyan Ermənistanı Sərkisyan dönəminə qaytardı - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Ermənistanı Sərkisyan dönəminə qaytardı - KİV

Ermənistanın yeni hökuməti yaxın keçmişin tarixini öz versiyası əsasında yazmağa cəhd edir. Yəni kim tarixi yazırsa, gələcək də ona məxsusdur. Məhz bu, hazırkı hakimiyyət mübarizəsinin əsas arenasına çevrilib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Acnis.am” saytı çıxış edib.

“Ermənistanda tarixin yenidən yazılması haqqında mübarizə 1 mart işi prosesiylə başlayıb və təsadüfi deyil ki, bu proses siyasi mübarizənin mərkəzinə dönüb. Faktiki olaraq mübarizə inqilabın gətirməli olduğu dövlət inkişafının yeni prinsipləri üzərində yox, bir siyasi elitanın başqa elita hesabına legitimləşməsi üçün gedir. Praktikada hökumətin legitimləşməsi yeni dəyərlər, “Yeni Ermənistan” əsasında qurulmaq yerinə, 2008-ci ilin faciəli hadisələri hesabına qurulur.

“Yeni Ermənistan” tezisini bu cür başa düşmək lazım idi. Biz tarixin səhifəsini çevirib, yeni münasibətlər formalaşdırırıq. Lakin bütün siyasətinin 2008-ci il hadisələrinə əsaslandığını nəzərə alsaq, yeni hökumət bizi "Köhnə Ermənistan"a qaytarıb və özü də konflikt tərəfinə çevrilib. Hökumətin bütün təbliğat maşını "Köhnə Ermənistan"da döyüşən tərəflərindən birinin haqlı olduğunu sübut etməyə, tarixi yenidən deməyə və digər tərəfi cəzalandırmağa yönəlib. Bu, hazırkı hökumətin legitimliyini şübhə altına alır. Ona görə ki, insanlar "Köhnə Ermənistan"ın siyasi mübarizə aparan tərəflərindən birinə yox, "Yeni Ermənistan"a səs veriblər. Belə çıxır ki, "Yeni Ermənistan"a səs verən insanlar aldadılıb. Bu yanılmanın bizi hara gətirib çıxaracağını zaman göstərəcək”, - deyə məqalədə bildirilib.

Tarix
2019.08.17 / 16:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla