Yuxarı

Tramp Berlin-Vaşinqton dostluğunu bitirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Berlin-Vaşinqton dostluğunu bitirir

Siyasi və iqtisadi məsələlərdə fikir ayrılığı, Vaşinqton tərəfindən daimi təhdidlər ucbatından Almaniya-ABŞ münasibətləri dibə yuvarlanıb.

Axar.az xəbər verir ki, bu iddia ilə “Der Şpiqel” jurnalı çıxış edib.

Jurnal ABŞ-ın Almaniyadakı səfiri vəzifəsinə Riçard Qrenelin gətirilməsindən tsonra tərəflər arasında vəziyyətin kəskinləşdiyini bildirib. Qrenelin davranışları ucbatından alman məmurların artıq səfirdən üz çevirdiyi, Angela Merkelin onunla ünsiyyət qurmadığı, Xarici İşlər naziri Hayko Maasın isə amerikalı diplomatla qısa görüşlərə üstünlük verdiyi vurğulanıb.

“Der Şpiqel” tərəflər arasında İran, hərbi xərclərin artırılması məsələsində fikir ayrılığının olduğunu, eləcə də ticarət konfliktinin aparıldığını qeyd edib:

“Almaniya əhalisi heç vaxt bu qədər ABŞ-a qarşı pis münasibət bəsləməyib. Hazırda almanların 85%-i ABŞ-a neqativ yanaşır. Berlin ümid edir ki, Trampın prezidentliyi bitdiyi gün yenidən transatlantik əməkdaşlığın köhnə xoş günlərinə dönmək mümkün olacaq. Əslində isə bu illüziyadır. Belə ki, münasibətlər heç bir zaman əvvəlki kimi olmayacaq. İndiki ABŞ liderinin rəqibləri olan demokratlar da Avropaya qarşı bəzi məsələlərdə Trampla eyni mövqeni paylaşırlar. Ona görə də Tramp prezidentlikdən getdikdən sonra Almaniya ABŞ üçün narahat tərəfdaş olaraq qalacaq”.

Tarix
2019.08.19 / 09:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla