Yuxarı

ABŞ-ın Kremldəki məxfi casusunun adı bilindi – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Kremldəki məxfi casusunun adı bilindi – Şok

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya hökumətində olan informatoru Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı Oleq Smolenkov ola bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” yayıb. Qəzet məhz bu şəxsin 2017-ci ildə Montoneqroya ailəsi ilə birgə istirahətə getdikdən sonra yoxa çıxdığını yazıb.

Smolenkovun Putinin köməkçisi Yuri Uşakovla Rusiyanın ABŞ-dakı səfirliyində çalışdığı və Moskvaya geri döndükdən sonra Uşakovun yanında - Prezident Administrasiyasında işləməyə davam etdiyi bildirilib. Bununla belə qəzetin mənbələri Smolenkovun amerikalılara dəyərli informasiya verəcəyinə inanmadıqlarını, casusun Prezident Administrasiyasında daha çox texniki işlərlə məşğul olduğunu bəyan ediblər.

2017-ci ildə Smolenkov, həyat yoldaşı və üç övladının Montoneqroda itməsindən sonra Rusiya İstintaq Komitəsi onların öldürülməsiylə bağlı cinayət işi başladıb. Cinayət işiylə bağlı istintaq bir neçə dəfə dayandırılsa da, sonradan yenilənib. Bununla belə aparılan araşdırmalardan Rusiya Federal Təhlükəsizlik Xidməti Smolenkovların sağ olduğunu və başqa ölkələrdə yaşadıqlarını öyrənə bilib.

“Kommersant” həmçinin Smolenkovların hazırda Virciniyada 2018-ci ilin 5 iyununda 1,2 hektar həyəti olan 760 kvadrat metrlik mülk aldıqlarını da bildirib. Onun gizlənmədən Vaşinqton yaxınlığında yaşadığı və dövlətin mühafizəsi altında olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə CNN öz mənbələrinə istinadən Kremldə ABŞ-ın məxfi casusunun olduğu və onun Rusiyadan 2017-ci ildə qaçırıldığı haqqında məlumat yaymışdı.

Tarix
2019.09.10 / 10:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla