Yuxarı

İnqilabların xaç atası İrəvanda dollar "paylayır" - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnqilabların xaç atası İrəvanda dollar "paylayır" - Foto

ABŞ-ın Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İrəvan şəhərindəki bürosunun qarşısında amerikalı milyarder Corc Sorosun ironik heykəli qoyulub.

Teleqraf.com xəbər verir ki, bu addım “Veto” adlı Soros əleyhdarları tərəfindən atılıb.

“Veto” təşkilatının lideri Narek Malyan abidənin açılış mərasimində çıxış edərək, Ermənistan hakimiyyətini sorosçu adlandırıb və ölkənin milli maraqlarını satmaqda ittiham edib:

“Əlində çanta tutmuş halda təsvir olunan Soros bu çantadan erməni fəallarına qrant paylayır. Onlar amerikalı milyarder tərəfindən dövlətimizi və dövlətçiliyimizi məhv etmək üçün maliyyələşdirilən insanlardır. Müəyyən dərəcədə buna müvəffəq oldular”.

“Veto” bir neçə müddətdir İrəvanda Baş nazir Nikol Paşinyanın hakimiyyəti əleyhinə mitinqlər keçirir. Təşkilat Paşinyandan Sorosun başçılıq etdiyi fondun paytaxtdakı ofisini bağlamağa çağırır.

Əlavə edək ki, Corc Soros ayrı-ayrı vaxtlarda Ukrayna, Gürcüstan, Tunis, Qırğızıstan və digər dövlətlərdə baş vermiş məxməri inqilabların “xaç atası” kimi tanınır.

Tarix
2019.09.21 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla