Yuxarı

Hindistanın kosmik gəmisi Ayda yox oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanın kosmik gəmisi Ayda yox oldu

Məlum olduğu kimi, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən “Chandrayaan-2” pilotsuz kosmik gəmisini və “Vikram” lunoxodu ilə əlaqəni itirdiyini bəyan etmişdi. Sentyabrın 8-də Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. ISRO əlavə etmişdi ki, qısa bir müddətdə günəş panelləri vasitəsilə enerji hasil etmək mümkün olacaq, lakin bu, kosmik aparatın fəaliyyəti üçün yetərli olmayacaq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, sentyabrın 21-də ISRO bəyan edib ki, “Vikram”la əlaqəni bərpa etmək üçün ayrılan müddət sona çatıb və modulun 14 günlük enerji ehtiyatı olan batareyası da tükənib. Artıq onun tapılmasına heç bir ümid qalmayıb.

“Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” lunoxodu Ayın cənub qütbündə tədqiqatlar aparacaq ilk Hindistan missiyası idi. Lakin lunoxod Yerin təbii peykinin səthinə enməsinə 69 saniyə qalmış itib və 14 gün müddətində onunla rabitə əlaqəsini bərpa etmək mümkün olmayıb.

ABŞ, Rusiya və Çindən sonra Hindistan Ayın səthinə yumşaq eniş edən dördüncü ölkə olmaq iddiasındadır. Rabitə əlaqəsinin kəsildiyi “Chandrayaan-2” pilotsuz kosmik gəmisinin iyulun 22-də kosmosa buraxılmasını Baş nazir Narendra Modi başda olmaqla bir çox insan canlı yayımda izləmişdi. “Vikram” lunoxodunun itməsi ölkədə Ay missiyası ilə bağlı sevincin məyusluğa çevrilməsinə səbəb olub.

Tarix
2019.09.21 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla