Yuxarı

Tramp ABŞ-da Türkiyənin yeganə hamisidir - Diplomat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp ABŞ-da Türkiyənin yeganə hamisidir - Diplomat

Trampın Suriyadan ABŞ qoşunlarının çıxarılması məsələsini yenidən canlandırması şəxsi səbəbləri ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyənin ABŞ-dakı eks-səfiri Şükrü Elekdağ deyib.

Diplomat deyib ki, Tramp 18 dekabr 2018-ci ildən “Suriyadan çıxırıq və məsuliyyəti Türkiyəyə buraxırıq” qərarını qəbul etmişdi:

“Ancaq Pentaqon, Konqres və İsrail lobbisinin təzyiqi ilə qərarından imtina etmək məcburiyyətində qaldı. ABŞ-ın dərin dövləti dörd səbəb ucbatından ABŞ-ın Suriyadakı hərbi varlığını mühafizə etmək istəyir:

1) ABŞ-la İsrailin regional strateji məqsədləri üçün istifadə edə biləcəkləri PKK-YPG nəzarətli qarnizon dövləti qurmaq;

2) İranın blokadası və Tehran-Hizbullah-Ankara dəhlizinin kəsilməsi;

3) Rusiyanın Yaxın Şərqdə və Şərqi Aralıq dənizində qarşısının alınması;

4) İŞİD-in kökünün kəsilməsi.

Bu vəziyyətdə Suriyadan çıxmaq məsələsi rəfə qaldırılmışdı. Trampın bu məsələni yenidən canlandırması şəxsi səbəbləri ilə bağlıdır. Tramp prezident seçkisi dönəmində haqqında başladılan proseslərlə əlaqədar çətin mərhələdən keçir. Ona görə də bu həmləni üstündəki təzyiqləri zəiflətmək üçün edib. ABŞ ictimaiyyətinə isə “İŞİD-ə qarşı savaşı uddum, indi də verdiyim sözə uyğun olaraq əsgərləri evə gətirirəm” demək istəyir”.

Eks-diplomat Vaşinqtonda anti-türk atmosferinin kifayət qədər geniş olduğunu və Trampın Suriya qərarının ABŞ-da şok dalğası yaratdığını vurğulayıb:

“Konqres və medianın təzyiqi Trampa təsir edir və onu Türkiyə haqqında belə açıqlamalar verməyə məcbur edir. Hər şeyə rəğmən hazırda Vaşinqtonda Türkiyəni müdafiə edən bir adam var. Bu adam Trampdır. Ağır təzyiq altında olan Tramp Türkiyəni bəzən bizi pisləyərək, bəzən də mədh edərək müdafiə edir”

Tarix
2019.10.11 / 14:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla