Yuxarı

Çilidə keçirilməsi planlaşdırılan sammit ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çilidə keçirilməsi planlaşdırılan sammit ləğv edildi

Çili Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitini (APEC) və BMT-nin iqlim üzrə konfransını (COP25) ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə "24 Horas" telekanalı ölkə Prezidenti Sebastian Pineraya istinadla məlumat yayıb.

“Bu, çox çətin qərardır, biz APEC və COP-un keçirilməsinin vacibliyini anlayırıq”, - dövlət başçısı belə deyib.

Hakimiyyətin qərarı son həftələr bütün Çilini bürüyən və tez-tez kütləvi iğtişaşlarla nəticələnən miqyaslı etiraz aksiyaları ilə bağlıdır. Mitinqlərdə 1,2 milyondan çox insan iştirak edir. İri şəhərlərə hərbçilər və zirehli texnika yeridilib, həmçinin komendant saatı və fövqəladə vəziyyət tətbiq olunub.

Etiraz aksiyaları nəticəsində təkcə ticarət sektoruna 1,5 milyard dollar ziyan dəydiyi bildirilir.

Xatırladaq ki, APEC sammiti Santyaqoda noyabrın 16-17-də, BMT-nin iqlim üzrə konfransı isə dekabrın 2-dən 13-dək keçirilməli idi.

Tarix
2019.10.30 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla