Yuxarı

Aktyorların Atatürk davası: Ən çox kim bənzəyir? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorların Atatürk davası: Ən çox kim bənzəyir? - Foto

Türkiyədə teatr aktyorlarının “Mustafa Kamal Atatürkə ən çox mən bənzəyirəm” davası tənqid hədəfinə çevrilib.

Axar.az xəbər verir ki, İzmirdə yaşayan aktyor Göksal Qaya tez-tez Atatürklə bağlı tədbirdə onu yamsılaması, eləcə də “Çanaqqala ruhu” filmində canlandırdığı Atatürk obrazı ilə tanınır. Qayanın ona “Paşam” deyən insanlara əlini öpdürüb pul alması əhali tərəfindən pislənilib. G.Qaya da xalqın Atatürk sevgisi olduğunu deyərək, bunu pul qarşılığında etməsinə haqq qazandırıb.

Bursa şəhərindən olan digər bir aktyor Nejdət Bardaq yüksək məbləğ tələb etmədiyini, Atatürkə G.Qayadan daha çox bənzədiyini söyləyib.

İzmirdən olan sürücü Ayxan Aybər isə Atatürkə görə pul almadığını, ən çox Atatürkə bənzəyən şəxsin özü olduğunu, digərlərinin liderə makiyajla bənzədiyini iddia edib.

İzmirdən olan elektrik mütəxəssisi Məsud Yontan da Atatürkə bənzədiyini desə də, buna görə bir qəpik belə qazanmadığını bildirib. O, insanların Atatürk sevgisindən sui-istifadə edilməsinə qarşı çıxıb.

Qeyd edək ki, Mustafa Kamal Atatürkə bənzər şəxslərə tədbirlərdə 1000-5000 (təxminən 295-1477 manat) lirə arasında məbləğ ödənilir. Son günlərdə bəzi bələdiyyə sədrləri bu şəxslərə pul ödəməməyə qərar verib.

Tarix
2019.11.17 / 01:06
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla