Yuxarı

Haaqadan Britaniyaya böyük zərbə: Təhqiqat başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haaqadan Britaniyaya böyük zərbə: Təhqiqat başladı

Haaqa beynəlxalq cinayət məhkəməsi BBC telekanalının “Panorama” proqramında təqdim edilmiş materiallar əsasında Britaniya hərbçilərinin İraq və Əfqanıstanda dinc əhaliyə qarşı törətdikləri əməllər üzrə rəsmi təhqiqat aparılmasını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, BBC-nin jurnalistləri “Sandey Tayms” qəzetinin əməkdaşları ilə birlikdə həmin ölkələrdə mülki şəxslərin öldürülməsi və komandanlığın əsgərlərin bu cinayətlərini gizlətməsi barədə materiallar əldə edib. Söhbət əsasən, saxlanılan şəxslər və məhkumlara qarşı qəddarcasına rəftardan gedir.

Beynəlxalq cinayət məhkəməsi ilk dəfədir ki, Böyük Britaniya vətəndaşlarına qarşı ittihamları araşdırır və onun nümayəndələrinin sözlərinə görə, aşkar edilmiş sübutlar hərbi cinayət materialları kimi çox ciddidir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, ittihamlar əsassızdır və nazirlik bütün məlumatları əvvəlcədən məhkəməyə təqdim edib, habelə məsələni Beynəlxalq Cinayət Məhkəməsi ilə fəal əməkdaşlıq şəraitində araşdırıb. Nazirlik əlavə edib ki, gələcək istintaq hərəkətləri üçün əsas görmür.

Tarix
2019.11.18 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla