Yuxarı

Yaponiya bu ölkələr üçün 3 milyard ayırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya bu ölkələr üçün 3 milyard ayırır

Yaponiya qarşıdakı 3 ildə Cənub-Şərqi Asiya ölkələrində (ASEAN) infrastrukturun inkişafına 3 milyard dollar ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi dekabrın 2-də keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti 2020-2022-ci illərdə fərdi sektor daxil olmaqla investisiyaların ayrılmasını planlaşdırır.

Nazir əlavə edib ki, bu plan Yaponiyanın ASEAN blokunun üzvü olan bütün ölkələrin yeni iqtisadi imkanlardan bəhrələnməklə azad və ədalətli inkişafına dəstək verməyə çalışdığını təsdiq edir.

Xatırladaq ki, ötən ay Baş Nazir Şinzo Abe ASEAN ölkələrinin liderlərinə Yaponiyanın bu assosiasiyaya JİKA vasitəsilə investisiyaların ayrılmasını artırmağı planlaşdırdığını bildirib. Ş.Abe deyib ki, bu investisiyalar Hind-Sakit okean regionunun azad və açıq inkişafına yönəlib, burada infrastrukturun təkmilləşdirilməsinə, müxtəlif təşəbbüslərin reallaşmasına, o cümlədən qadınların imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Tarix
2019.12.02 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla