Yuxarı

İmran Əliyevin qətli Qərbi silkələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmran Əliyevin qətli Qərbi silkələdi

Ramzan Kadırov rejiminə qarşı mövqeyi ilə tanınan çeçen blogeri İmran Əliyev Fransanın Lill şəhərindəki otellərdən birində bıçaq zərbəsi ilə öldürülüb.

Musavat.com xəbər verir ki, “Le Parisien” qəzeti məlumat yayıb.

Bildirilib ki, onun cəsədi şəhərin mərkəzində, Lill-Flandr dəmiryol vağzalının yaxınlığında yerləşən “Coq hardi” adlı mehmanaxanadakı otaqlardan birində tapılıb.

Sosial şəbəkələrdə “Mansur Starıy” kimi tanınan həmin şəxsin öldürülən gün eyni millətdən olan bir adamla oteldə görüşdüyü bilinir.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti qətl olayının siyasi motiv və sifariş əsasında törədildiyini yazıb.

Jurnalist Zilke Biqalkenin məlumatına görə, İmran Əliyev Putin rejiminə müxalif sayılan bir çox həmvətəni kimi Rusiyadan Belçikaya qaçıb və onun ünvanına daima təhdidlər gəlib.

Doğrudur, İmran Əliyevin Youtube bloqunda söylədikləri həmişə Putin rejimi ilə bağlı olmayıb və bəzən o, digər millətlərə, o cümlədən azərbaycanlılara qarşı xoşagəlməz ifadələr işlədib.

Xatırlatmaq lazımdır ki, onun ötən ilin fevral ayında azərbaycanlılar haqqında sözləri Moskvada hətta iki millətin nümayəndəri arasında qalmaqal və dava-dalaşa səbəb olmuşdu. Sonradan “Mansur Starıy” buna görə Azərbaycan xalqından üzr istəmişdi.

Çeçen jurnalist Musa Taipov öldürülən şəxsi yaxşı tandığını, onun 5 il ərzində Votsap vasitəsilə əlaqə saxladığını bildirib. M.Taipov İmran Əliyevin çətin, lakin mərd kimi tanıdığını qeyd edib.

Qətl barədə ilk dəfə Polşada yaşayan çeçen mühaciri Tumso Əbdürəhmanov “Teleqram-kanal”da məlumat verib.

T.Əbdürəhanov hətta qatilin adını və onun Çeçenistanın hansı kəndindən olduğunu da deyib. Onun sözlərinə görə, bu ilin yanvar ayında qatil öncə İspaniyaya, oradan Berlinə, daha sonra isə Belçikaya gedib. Burada o, öldürəcəyi şəxslə görüşüb bütün bunlar onların əslində bir-birini tanıdığını göstərir. Bir həftə “Mansur Starıy”la eyni evdə qaldıqdan sonra onlar Lillə yola düşüblər. Otel otağında İmran Əluyevə yuxu dərmanı verdikdən sonra qatil onu bıçaq zərbələri ilə öldürüb. Daha sonra elə həmin axşam Berlinə keçən həmin adam başqa şəxslərin köməyi ilə Rusiyaya geri qayıdıb.

Musa Taipov İmran Əliyevin xəstəlikdən əziyyət çəkdiyini və buna görə də tez-tez Yutub kanalında əsəbi ifadələr işlətdiyini söyləyib.

“Burada əsas məqsəd insanların ürəyinə qorxu saçmaqdır. Istəyirlər ki Çeçenistandakı problemlər haqqında az yazsınlar və danışsınlar. Mühacirlərə hətta Avropada belə özlərini təhlükədə olmadıqlarını göstərmək istəyirlər, - deyə jurnalist qeyd edib.

Fransanın “Le Monde” qəzeti isə ötən ilin avqustunda Berlində, açıq parkda Zəlimxan Xanqoşvilinin öldürülməsi hadisəsini xatırladıb və qətlin Rusiyanın xüsusi xidmət orqanlarının əli ilə törədildiyi ilə bağlı versiyalarına yer verib.

Tarix
2020.02.05 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla