Yuxarı

Rusiya Misiri silahlandırır: S-300V4 Qahirədə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Misiri silahlandırır: S-300V4 Qahirədə

Rusiya Antey-2500 tipli hava hücumundan müdafiə sistemlərinin Misirə ixracına start verib.

Axar.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bir il ərzində tələb olunan təchizatın Qahirəyə çatdırılacağını açıqlayıb.

Bildirək ki, Antey-2500 Rusiya Quru Qoşunlarında istifadə olunan S-300V4 tipli sistemin ixrac olunan versiyasıdır. Yeni sistemlər 400 kilometrə qədər hədəfi rahatlıqla məhvetmə qabiliyyətinə malikdir.

Venesuelanın satın aldığı bu sistem bir müddət öncə İrana da təklif olunmuşdu.

Bu arada Misirin Müdafiə naziri Sidqi Sobhi bir həftə davam edən Moskva səfərində rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib. Eyni zamanda, Aralıq dənizində müttəfiq ölkələrin döyüş gəmilərinin ortaq təlimlərinin keçirilməsi və terrorla mübarizə mövzusunda razılıq əldə olunub. Bundan başqa, görüşdə hərbi-texniki sahədə 3 razılaşma imzalanıb.

Məlumat üçün bildirək ki, İran, İraq və Suriya ilə yaxın əlaqələri olan Rusiya Kipr ilə də ötən həftə hərbi sahədə əməkdaşlıq razılaşması imzalayıb. Aralıq dənizində hərbi qüdrətini gücləndirən Moskva Kipr limanlarından istifadə edə biləcək.

Tarix
2015.03.05 / 23:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla