Ana səhifə Planet |
NASA alimləri Marsdakı su miqdarının bir vaxtlar Şimal Buzlu okeanın hazırkı su miqdarından daha çox olduğunu iddia edib.
Axar.az xəbər verir ki, elm adamları bu planetin atmosferindəki su izlərinin miqdarını təyin etmək üçün yer üzündəki rəsədxanalardan istifadə edildiyini bildirib.
Bu araşdırmalar isə bir zamanlar Marsın səthində suyun olduğunu, oradakı çay deltaları və göl kraterlərinin izlərini ortaya çıxarıb.
"Goddard Kosmos Uçuş Mərkəzi"nin araşdırmaçısı Geronimo Villanueva "Bu araşdırmalar əsasında biz suyun Marsdakı tarixini öyrənməyə müvəffəq olacağıq", – deyə bildirib.
Onun fikrincə, Marsda 4.3 milyard il əvvəl 137 metr dərinliyidə su hövzəsi olub. Ancaq bəzi elm adamları vaxtilə Marsda planetin şimal yarımkürəsinin yarısını örtən və bəzi yerlərdə dərinliyi 1.6 kilometrə çatan bir okean olduğu qənaətindədir.
Tarix
2015.03.08 / 01:10
|
Müəllif
Natiq Azəri
|