Yuxarı

Moskvada SSRİ-nin bütün liderlərinə abidə qoyulacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada SSRİ-nin bütün liderlərinə abidə qoyulacaq

Moskvada bütün SSRİ liderlərinin abidəsi qoyulacaq, yaxud xatirə lövhələri açılacaq.

"Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, bu haqda Moskva şəhərinin Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov bildirib. Onun sözlərinə görə, söhbət həm sovet liderlərinin sökülmüş heykəllərinin, həm də yeni abidələrinin ucaldılmasından gedir. Bununla belə, S.Kapkov qeyd edib ki, İosif Stalinə yeni abidə qoyulacağı planlaşdırılmayıb. Çünki Qızıl Meydandakı kitabədə onun adı artıq əbədiləşdirilib.

Bu bəyanatla S. Kapkov Leonid Brejnevin 30 il yaşadığı evə xatirə lövhəsinin vurulması mərasimində çıxış edib. Mədəniyyət Departamentinin rəhbəri hesab edir ki, L. Brejnev Rusiya tarixində mühüm rol oynayıb, ölkə üçün çox şey edib.

Mərasimdə iştirak edən müğənni İosif Kobzon Moskvada Stalinin heykəlinin qoyulmasını, Lubyanka meydanına isə Feliks Dzerjinskinin heykəlinin qaytarılmasını təklif edib. İ. Kobzon bəyan edib ki, Rusiyada Brejnevin adına park, küçə, yaxud meydan da olmalıdır.

Qeyd edək ki, xatirə lövhəsinin açılış mərasimi dekabrın 19-da, Brejnevin vaxtilə yaşadığı Kutuzov prospekti, 26 ünvanında baş tutub. 1991-ci ildə sökülən lövhəni fotolar vasitəsilə Aleksandr və Filip Rukavişnikovlar bərpa ediblər. Lövhənin qaytarılması Brejnevin anadan olmasının 107 illiyinə təsadüf edib.

SSRİ-nin dağılmasından sonra Rusiyanın şəhərlərində bir çox abidə və xatirə lövhələri sökülüb, şəhər, meydan və yaşayış məntəqələrində sovet xadimlərinin adı dəyişdirilib. Bununla belə, sosioloji sorğular göstərir ki, son zamanlar rusiyalılar sovet liderlərinin fəaliyyətini daha çox müsbət qiymətləndirirlər.

Məsələn, 2013-cü ilin məlumatlarına görə, Rusiyada ХХ əsrin ən məşhur dövlət başçıları kimi Leonid Brejnev, Vladimir Lenin və İosif Stalinin adı çəkilir.

Tarix
2013.12.19 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla