Yuxarı

İnsanlar mallarını xilas etmək üçün oda atıldı - 17 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanlar mallarını xilas etmək üçün oda atıldı - 17 ölü

Kazan şəhərindəki "Admiral" ticarət mərkəzinin sahibkarları mallarını yanğından xilas etmək üçün polisin qurduğu maneəni aşaraq binaya giriblər.

Azərtac xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə Tatarıstan Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Andrey Rodıgin məlumat verib. Onun dediyinə görə, yanğın başlayan zaman insanlar evakuasiya olunduqdan sonra mərkəzin sağ tərəfində polis kordonu qurulmuşdu. Lakin sahibkarlar mallarını yanan binadan çıxarmaq üçün maneəni yararaq yenidən içəriyə giriblər. Bu zaman mərkəzin bir hissəsi "domino" effekti ilə dağılıb.

Rusiya FHN-in Volqayanı regional mərkəzinin rəisi İqor Panşin də öz növbəsində hesab edir ki, həlak olan insanların xilas şansı çox olsa da, onlar bundan istifadə etməyiblər. Onun verdiyi son məlumata görə, faciə qurbanlarının sayı 17 nəfərə çatıb. Dağıntılar altında daha 16 nəfərin qaldığı ehtimal edilir.

Faciə ilə bağlı bu gün Tatarıstanda matəm elan olunub.

Bu arada prokuror İldus Nafikovun yanmış ticarət mərkəzinin mülkiyyətçisi olan kompaniyanın rəhbərlərinin – "UK AC Menecment Qapalı Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Aleksey Syominin və kompaniyanın baş direktoru Robert Xayrulinin məsuliyyətə cəlb olunması tələbini irəli sürdüyü bildirilir. Tatarıstan prokurorluğunun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

ASG investisiya qrupları kompaniyasının rəhbəri, Tatarıstanın ən varlı şəxslərindən biri olan milyarder Aleksey Syomin Moskvada və 2005-ci ildə Fransada aldığı tarixi Levevill qəsrində yaşayır.

Tarix
2015.03.15 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla