Yuxarı

Abdulatipov Bakının hesabına qazanmaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulatipov Bakının hesabına qazanmaq istəyir

Ramazan Abdullatipov Dağıstan Təhlükəsizlik Şurasının iclasını keçirərək, icraedici hakimiyyət orqanları arasında qarşılıqlı əlaqələr, həmçinin qonşu ölkələr və regionların şəhərləri, rayonlarının yerli idarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi məsələsini müzakirə edib.

Axar.az Dağıstan mətbuatına istinadən xəbər verir ki, Abdullatipov Dağıstan iqtisadiyyatının gələcəyi baxımından beynəlxalq əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb:

"Bu gün xarici iqtisadi münasibətlərin inkişafı istiqamətində iş çox ləng aparılır. Bu səviyyə heç nəyə yaramır. Xəzərdə işi aktivləşdirməliyik və Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı nümayəndəliyi bu prosesi koordinasiya etməlidir".

Ramazan Abdullatipov həmçinin Dağıstan hökumətinin və Xalq Məclisinin rəhbərliyinin xarici iqtisadi münasibətləri yoluna qoymaq üçün Xəzəryanı ölkələrə səfərlərinin hazırlanması ilə bağlı tapşırıqlar verib. Bundan əlavə prezident Dağıstan hökumətinə, İnvestisiya və Ticarət, Sənaye Nazirliyi eləcə də Milli Siyasət Nazirliyinə Azərbaycan, Qazaxıstan və İranla iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı göstərişlərini də deyib:

"Biz gərək öz respublikamızın gəlirlərini artıraq. Bunlar ənənəvi Rusiya təsirlərinin olduğu regionlardır".

Tarix
2015.03.15 / 10:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla