ABŞ dünyada ən zəngin və güclü dövlət olaraq
qalır.
Analtika.az xəbər verir ki, "The Economic Collapse" bloqu bu
dövlət haqda şok statistik faktları dərc edib. Ekspert Maykl
Snayder, ABŞ əhalisinin böyük hissəsinin belə xəbərsiz olduğu
faktları seçərək açıqlayıb. Bundan əlavə, beynəlxalq informasiya
sistemində də amerikalıların həyatının bu aspektləri zəif təmsil
olunub, çünki bunlar əsas statistikaya bu gün elə də təsir
etmirlər. Bu faktların heç də hamısı o qədər də dəhşətli deyil.
Amma ekspertlər hesab edirlər ki, bu faktların bəziləri bu gün
olmasa da, bir müddətdən sonra ABŞ üçün və deməli həm də bütün
dünya iqtisadiyyatı üçün əsl başağrısı ola bilər.
1. Çin Xalq respublikası 2011-2013-ci illər ərzində ABŞ-ın bütün
XX əsr ərzində işlətdiyindən daha çox sement istifadə edib.
2. 2014-ci ildə Amerika polisi 1001 nəfəri öldürüb. Həmin müddət
ərzində bu göstərici Kanada polisi üçün 14 nəfər, ÇXR polisi üçün
12 , Almaniya polisi üçün isə 0 -dır.
3. Alyaska ştatı ərazisinə görə 429 dəfə Rod-Aylend ştatından
böyükdür, əhalisinin sayına görə isə ondan xeyli geri qalır.
4. Amerika prezidenti Lindon Conson "yoxsulluqla mübarizəyə"
başlayanda, amerikalı uşaqların 10% -i natamam ailələrdə
böyüyürdüsə, bu gün onların statistik göstəricisi artıq
33%-dir.
5. 1950-ci ildə nikahdankənar doğulan uşaqların sayı 5% -dən az
idi. Bu gün isə bu göstərici 40%-ə qədər artıb.
6. 2013-ci ildə ABŞ-da verilən bakalavr diplomlarının 60
faizinin sahibi qadınlardır.
7. AmerikalılarIın zibil vedrəsinə atdıqlarının 20%-ini yemək
təşkil edir.
8. ABŞ-da işsizlərin sayı rekord səviyyədə qalır .
9. Son tədqiqatlar göstərir ki, dünyanın daha bir rəqib güclü
dövləti olan Rusiyanın əhalisinin 81%-i amerikalılara pis münasibət
bəsləyib nifrət edir, bu isə soyuq müharibə illərinin müvafiq
göstəricisindən çoxdur.
10. Kaliforniya gerbində təsvir edilmiş Qrizli ayısı bu ştatın
simvoludur. Lakin ayını bu ştatda sonuncu dəfə 1922-ci ildə
görüblər.
11. ABŞ-da iş yerlərinin 47%-ini robotlar və digər süni şəkildə
yaradılmış işçilər tuta bilər. Bu zaman əhalinin daha zəif təbəqəsi
işsiz qalacaq.
12. ABŞ-da satış üçün qəhvə yetişdirilən yeganə yer - Havay
adalarıdır.
13. Aparılan sorğunun nəticələri göstərir ki, ABŞ-də 50 yaşında
insanların yalnız 12% -i özlərini həqiqətən xoşbəxt hiss
edirlər.
14. ABŞ-da hər 1 min nəfərə 845 avtomobil düşür. Bu rəqəm
Yaponiyada 593, Almaniyada 540-dır.
15. Amerikalılar orta hesabla gündə 10 saatlarını bu və ya digər
elektron qurğuya (kompüter, smartfon və s. ) sərf edir.
16. Amerikalıların 48% -in "qara gün" üçün ehtiyatları
yoxdur.