Yuxarı

Prezident bir "layk"a görə jurnalisti həbs etdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bir "layk"a görə jurnalisti həbs etdirdi

Ötən il iyulun 16 da Türkiyənin baş naziri (İndiki prezident) Rəcəb Tayyib Ərdoğanın əleyihə yazılmış təhqiramiz statusu bəyəndiyi üçün haqqında cinayət işi açılmış jurnalist Yaşar Elmaya Qaziantep şəhər məhkəməsində hökm oxunub.

Arqument.az-ın məlumatına görə, jurnalist Yaşar Elma 23 ay (1 il 11 ay 10 gün) müddətində azadlıqdan məhrum edilib.

Buna səbəb jurnalistin Feysbuk sosial şəbəkəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yazılan statusu bəyənməsi (like) olub.

Qaziantep məhkəməsinin qərarına əsasən Yaşar Elma Feysbukda Ərdoğanın şəxsiyyətini təhqir edən statusu bəyənməklə dövlət qulluqçusunun şəxsiyyətini təhqir edib. Bu hərəkət isə jurnalistin həbsi üçün yetərli hesab edilib.

Yaşar Elma açıqlamasında bildirib ki, sadəcə olaraq prezidentin əleyhinə yazılan statusu bəyənib: "Bir qədər sonra bəyənməni geri götürdüm, lakin artıq gec idi, çünki yarım saat sonra polis evimə gəldi".

Yaşar Elmanın vəkili Dilbər Dəmirəl isə məhkəmənin hökmünə etiraz edərək bunu qanunazidd hesab edib.

Tarix
2015.04.06 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla