Yuxarı

Simonyan: Nənəm Paşinyanın gözlərinə tüpürərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan: Nənəm Paşinyanın gözlərinə tüpürərdi

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.

M.Simonyanın Ermənistan hökuməti başçısının ünvanına yeni müraciəti mahiyyətinə görə daha təhqiramizdir. Rusiyalı jurnalist N.Paşinyanı erməni xalqının maraqlarına, tarixinə və dəyərlərinə xəyanət etməkdə günahlandırıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, Simonyan Paşinyana qarşı növbəti hücumu ilə bağlı fikirlərini Feybsuk səhifəsində yazıb.

M.Simonyan Paşinyanın 2005-ci ildə Osmanlı İmperiyasındakı “erməni soyqırımını” inkar edən və bir erməni ictimai və siyasi xadimi üçün paradoksal olan çıxışından sitat gətirib:

"Gəlin, əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik sual verək: bəs bu əcdadlarımız bizə nələri vəsiyyət etdilər, özlərindən sonra nə qoyub getdilər? Heç bir şey, heç nə. Ona görə heç nə ki, sən sıfırdan başlamaq məcburiyyətindəsən və mən bilmirəm ki, biz hansı minusdan başlamalıyıq, çünki bizim əcdadlarımız bizə sadəcə, soyqırım, alçaldılma, xəyanətkarlıq və əxlaqsızlıq ehtiyatını qoyub gediblər və indi məlum olur ki, onları aradan qaldırmaq çətindir, olduqca çətindir.

Mən əcdadlarımızı qınayıram, onları lənətləyirəm, çünki onlar bu gün bizim daha ləyaqətlə və daha qürurla yaşamağımız üçün heç nə etmədilər. Əcdadlarımız heç olmasa öz nəsillərinin qayğısına belə qalmadılar, hansı ki, heyvanlar instinktiv olaraq bunu edirlər. Əcdadlarımızı tərifləyənlərin hamısını qınayıram".

Maraqlıdır ki, M.Simonyan Robert Köçəryan hakimiyyətinə müxalif olan “Aykakan Jamanak”ın baş redaktoru, jurnalist Paşinyanın səsləndirdiyi qalmaqallı fikirləri nədənsə birdən, özü də 15 il sonra (!), üstəlik həmvətənlərini tarixi həqiqətin gözünə dik baxmağa çağıran müəllifə qarşı qəzəb və kin-küdurətlə xatırlayır.

Simonyan ulu nənəsini də xatırladır, hansı ki, özünün yazdığı kimi, indiki jurnalisti "bəşər tarixində misli görünməmiş, qanlı qırğın qurbanlarının xatirəsinə əbədi ehtiram ruhunda" tərbiyə edib. Simonyanın sözlərinə görə, bu gün Ermənistanı idarə etməyi onun müqəddəs nənəsini "soyqırım və əxlaqsızlıqda" ittiham edən bir insana tapşırıblar.

Nəhayət, xanım Marqarita Simonyan fitnəkar düşüncə ilə yazır: “İndi başa düşürəm ki, mənim postum Ermənistanda niyə bu qədər səs-küyə səbəb olub. Mən, həqiqətən, böyük erməni tarixinə nifrət edən, əcdadlarını lənətləyən və "soyqırım" qurbanlarının xatirəsinə hörmət etməyən şəxsin hakimiyyətinə sevinməyə qadir olan publikanın bir hissəsi deyiləm. Zərərli və manqurt. Mənim nənəm onun gözlərinə tüpürərdi".

Tarix
2020.08.03 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla