Yuxarı

Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı

Nefteyuqansk şəhər xəstəxanasında uzun illərdir çalışan azərbaycanlı həkim Kamil Nəzərov haqda hazırda bütün Krım danışır.

Axar.az xəbər verir ki, onun bir qızı ölümün pəncəsindən xilas etməsi möcüzə kimi qiymətləndirilir.

Hadisə avqustun 6-da baş verib. Krımda çimərliklərin birində dənizdə boğulan gənc qız son anda xilas edilib, sahilə çıxarılıb. Lakin 3 dəqiqə qaldığından sahilə çıxarılarkən qızın nəfəsi olmayıb, həmçinin nəbzi də vurmayıb.

Bu zaman həmin çimərlikdə ailəsi ilə istirahət edən Kamil Nəzərov hay-küyə olay yerinə gəlib. Nəfəsi kəsilmiş qıza dərhal tibbi-reanimasion yardım göstərməyə başlayıb.

“Mən ona yaxınlaşıb baxanda tənəffüs və nəbzi yox idi. Təcili yardım gələnə kimi o, artıq öləcəkdi. İnsanlar artıq gec olduğunu deyirdilər. Amma mən 15 dəqiqə ağciyər-ürək reanimasion yardımı göstərdim.

15 dəqiqədən sonra ilk tənəffüs baş verdi. Bu möcüzə idi.

O vaxta kimi təcili yardım gəldi və mən xəstəni onlara təhvil verdim”, - K.Nəzərov qeyd edib.

Kamil Nəzərovun yüksək peşəkarlığı və humanistliyi yerli mətbuat və sosial şəbəkələrin mövzusuna çevrilib və hamı ona təşəkkürünü bildirib.

Qeyd edək ki, Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V.İ.Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir.

Tarix
2020.08.13 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla