Yuxarı

Ermənilərin “böyük ideal”ı: “Dörd T” planının sirri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin “böyük ideal”ı: “Dörd T” planının sirri

"Erməni diasporu yalnız özünün "Dörd T" planını həyata keçirməyə hədəflənib".

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli məşhur yazar Söner Yalçının bugünkü köşə yazısında yer alıb.

Axar.az həmin köşə yazısından qısa parçanı olduğu kimi təqdim edir:

"Hay Dat"ın nə olduğunu heç eşitdinizmi?

"Megali İdea" kimi, "Sionizm" kimi "Hay Dat" da ermənilərin "böyük ideal"ıdır. "Hay Dat" idealını həyata keçirmək üçün diasporun "Dörd T" planı var:

1. Tanıtma – ermənilərə qarşı "soyqırım" törədildiyi təbliğatının aparılmasıdır. Erməni terrorçular türk diplomatlarını, həyat yoldaşlarını, uşaqlarını öldürərək problemi dünya ictimaiyyətinin önünə gətirdilər;

2. Tanıma – "Soyqırım" kampaniyaları ilə dünya ictimaiyyəti və parlamentlərini razı salmaq, xüsusilə Türkiyənin "soyqırım"ı rəsmən qəbul etməsinə şərait yaratmaqdır. Son dövrlərdə Türkiyədəki fəaliyyətlərinin məqsədi də budur. Türkiyə Böyük Millət Məclisinə "soyqırım"ı qəbul edən millət vəkillərini yerləşdirmə fəaliyyəti bu zəmindəndir. Səlahəddin Dəmirtaşın tarixi gerçəkliklərə zidd olduğunu bilməsinə rəğmən, sırf türk düşmənliyi ucbatından "erməni soyqırımı"nı tanıması da buna görədir. Sonra sıra üçüncü maddəyə gələcək;

3. Təzminat – "Soyqırım"a məruz qalmış erməni mirasçılara pul ödənilməsidir. Təzminat kimi isə 104 milyard 544 milyon 260 min 400 dollar istəyirlər;

4. Torpaq – "İşğal altındakı torpaqlar"ın geri qaytarılmasıdır.

Ona görə də, bu səbəb ucbatından siz nə deyirsinizsə deyin, siz nə yazırsınızsa yazın, onlar sadəcə öz yalanlarına inanılmasını istəyirlər. Bu səbəbdən də heç bir elmi müzakirə dəvətini qəbul etmirlər. Türkiyə ilə Ermənistan tarixçilər komissiya qursun, türk, rus, ingilis, alman, fransız, erməni, alman arxivlərində çalışmalar aparılsın desəniz, həmin dəqiqə rədd edəcəklər. ABŞ universitetlərindəki 69 tarixçi bəyanat yayaraq, "türklər soyqırım törətməyiblər" deyəndən sonra alimləri təhdid etdilər. Nəticədə professor Stanford Şou ailəsi ilə Türkiyəyə köç etmək məcburiyyətində qaldı".

Tarix
2015.04.24 / 20:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla