Yuxarı

Türkiyədən Vatikana şok dəvət: Papa “hə” dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Vatikana şok dəvət: Papa “hə” dedi

Türkiyənin İqtisadiyyat nazirinin müavini Adnan Yıldırım 1915-ci il hadisələrini "soyqırım" adlandıran Papa Fransiskə sürpriz dəvət göndərib.

Axar.az xəbər verir ki, Expo-2015 sərgisində iştirak üçün Türkiyənin virtual səyahət təklifinə Vatikan da öz növbəsində "yox" deməyib.

Jurnalistlərin suallarını cavablandıran Yıldırım Papanın "soyqırım" açıqlamasına münasibət bildirərək bu sözlərin Vatikanı sevindirmədiyini deyib:

"Gözləmədiyimiz bir açıqlama ilə qarşılaşdıq. Həqiqətən gözləmirdik. Deyilən sözlərin Vatikanı xoşbəxt etdiyini düşünmürəm. Hörmətli Papa belə bir açıqlama verdi, amma ümid edirəm ki, bunu kompensasiya edəcəklər. Papanı keçiriləcək sərgiyə dəvət edirik. Özü gələ bilmirsə, bir heyət göndərsin. Türkiyəni, mədəniyyətimizi, dünya sülhünə verdiyimiz töhfələri görsünlər".

Nazir müavininin bu sözlərindən sonra Vatikan da cavabını çox gözlətməyib. Cırtdan dövlətin Expo-2015 komissarı və eyni zamanda Papalıq Mədəniyyət Şurasının sədri Kardinal Qianfranko Ravasi verdiyi açıqlamada dəvətin qəbul edildiyini deyib:

"Türk nazir müavininin açıqlamasını maraqla oxudum. Vatikan heyəti Expo boyunca keçiriləcək bəzi sərgilərə qatılacaq. Açılışın ardından heyətimiz Türkiyənin dəvətini məmnuniyyətlə qəbul edir. Biz də Türkiyə heyətini sərginin Vatikan bölməsində gözləyirik".

Bildirək ki, İtaliya mətbuatı bu dəvətin arxasında Türkiyənin Vatikana qarşı "buzları əritmək" məqsədi olduğunu iddia edir.

Xatırladaq ki, İtaliyanın Milan şəhərində Beynəlxalq Sərgilər Bürosunun dəstəyi ilə Expo-2015 sərgisi keçiriləcək.

Tarix
2015.04.28 / 10:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

İrandan bu ölkələrin diplomatları Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla