Yuxarı

Çin Honkonqda islahata başladı - ABŞ qarşı çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Honkonqda islahata başladı - ABŞ qarşı çıxdı

Çin Honkonqun qanunverici sistemində reformlara getmək istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi sədrinin müavini Van Çen deyib.

“Biz seçicilər komissiyasının formalaşdırma nizamını və səlahiyyətlərini gücləndirməyə hazırlaşırıq. Reform antiçin qüvvələrin Honkonqda hakimiyyəti ələ keçirmə risklərinin ortadan qaldırılması üçün vacibdir. Honkonqu honkonqluların idarə etməsini, bir ölkə, iki sistem prinsipinin reallaşdırılmasını zəmanət altına almaq lazımdır”, – deyə o bildirib.

Çinin bu bəyanatına Avropa Birliyi və ABŞ qarşı çıxıb. AB-nin Xarici Siyasət Xidməti bu islahatların neqativ siyasi və iqtisadi nəticələrə gətirib çıxaracağını bildirib. ABŞ isə Çini Honkonqda beynəlxalq öhdəliklərini icra etməyə çağırıb. Vaşinqton Honkonqda seçki islahatının bölgənin muxtariyyətinə hücum olduğunu deyib.

Tarix
2021.03.06 / 09:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla