Yuxarı

Çin Rusiyanı xilas etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Rusiyanı xilas etdi - Video

Çinin xilasedici helikopteri Rusiyanın Anratktidada buzlaqlar arasında sıxışıb qalmış "Akademik Şokalski" gəmisinin göyərtəsində köməksiz durumda olan sərnişinlərdən 12-sini xilas edib.

"Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, bu gün Çin helikopteri buzlaqlar arasında qalmış gəminin sərnişinlərini evakuasiya etməyi bacarıb. Bu haqda Çinin Sinxua agentliyi məlumat yayıb.

"Gardian" qzəetinin müxbiri Aloka Ca (Alok Jha) bildirib ki, helikopter sərnişinləri evakuasiya edəndən sonra Avstraliyanın "Aurora Australius" gəmisinə gəmisinə doğru uçub.

""Şokalski"nin ilk 12 sərnişini indi "Aurora Australius"a doğru uçurlar",- Aloka öz Tvitter hesabında yazıb.

"Helikopter "Şokalski"dən götürdüyü ilk sərnişin qrupunu Avstraliya gəmisinə çatdırıb",- bu haqda isə Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsinin (AMSA) Tvitterdəki mikrobloqunda xəbər verilib:

"AMSA 12 sərnişinlik ilk partiyanın Avstraliya gəmisinə çatdırılması haqda təsdiqedici xəbər alıb".

Rusiya DİN mətbuat xidmətindən verilən xəbərə görə, "Akademik Şokalski" gəmisinin bütün heyəti və ekspedissiya iştirakçılarının sağlıq durumu normaldır, həyatları üçün təhlükəli heç bir şey yoxdur. Gəminin göyərtəsində 74 insan var, olanlardan 22-si ekspedissiya üzvü olmaqla Rusiya vətəndaşıdır.

Xatırladaq ki, akademik Şokalskinin adını daşıyan Rus gəmisində olanlar avstraliyalı geoloq Duqlas Mavsonun Antarktikanı kəşf etməsinin yüzüncü ilini xatırlamaq üçün gəzintiyə çıxmışdı. Dekabrın 24-ündən isə Antarkdidanın buzları arasında sıxışıb hərəkətsiz qalmışdı.

Tarix
2014.01.02 / 14:49
Müəllif
Alpər Cəbrayıl
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla