Yuxarı

“Əsəd qatil İran rejiminin köməyi ilə…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əsəd qatil İran rejiminin köməyi ilə…”

"Suriya Prezidenti Bəşər Əsəd qatil İran rejiminin köməyi ilə hər gün öz xalqını öldürür. İsrail isə HƏMAS kimi günahsız insanlara hücum edən terror təşkilatı ilə savaşır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib. O, Qəzzaya humanitar yardım daşıyan və İsrail tərəfindən saxlanılan "Azadlıq donanması"nın fəallarına məktub göndərib:

"Çox güman ki, yolunuzu azmısınız. İsrailə xoş gəldiniz. Yəqin ki, bura yox, Suriyaya getmək niyyətindəydiniz. Çünki Suriya Prezidenti Bəşər Əsəd qatil İran rejiminin köməyi ilə hər gün öz xalqını öldürür. İsrail isə HƏMAS kimi günahsız insanlara hücum edən terror təşkilatı ilə savaşır. Bu gün Qəzza mühasirədə deyil və İsrail vasitəsilə humanitar yardım çatdırmaqda sərbəstsiniz. Əgər insan hüquqları məsələsində həqiqətən narahat olsaydınız, Qəzzada insanları öldürən və uşaqlardan qalxan kimi istifadə edən terrorçu rejimi dəstəkləyib, yola çıxmazdınız".

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzaya humanitar yardım daşıyan və 5 gəmidən ibarət olan "Azadlıq donanması" İsrail tərəfindən beynəlxalq sularda hücuma məruz qalıb.

Tarix
2015.06.29 / 20:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla