Bağdadini amerikalılar doyuzdurur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan Prezidenti
Ramzan Kadırov öz Feysbuk səhifəsində çıxış edib.
Onun sözlərinə görə, məhz İŞİD-in sayəsində on minlərlə insan
həyatını itirib:
"30 il bundan əvvəl Usamə bin Laden, Abdulla Azam və Misir islam
cihadının nümayəndələri Əl Qaidəni yaratdılar. Bu gün demək olar
ki, heç kim bunun arxasında MKİ və ABŞ rəhbərliyinin dayanmasından
şübhələnmir. Əl Qaidənin onurğa sütununu Mərkəzi Kəşfiyyat
İdarəsinin maliyyələşdirdiyi əfqan döyüşçüləri təşkil edirdi. Əl
Qaidə ilə mübarizə adı altında amerikalılar Əfqanıstan, Pakistan və
digər islam ölkələrinin ərazilərini bombaladılar. Bunun nəticəsində
minlərlə günahsız insan qətlə yetirildi. Əl Qaidə ABŞ-ın
tapşırıqlarını yerinə yetirdi, həmçinin müsəlmanları da məhv etdi.
Amerika hərbi akademiyası belə qənaətə gəlib ki, Əl Qaidə
döyüşçülərinin 2004-cü ildən bu yana ümumi qurbanlarının 90%-i
müsəlmanlar olub. Amma onlar Qərb ölkələrinə qarşı savaşdıqlarını
deyirlər. Qətlə yetirilən qurbanların 80%-ini təkcə iraqlılar
təşkil edib. Bu gün Qərbin eyni xüsusi xidmət orqanları tərəfindən
yaradılan İblis dövləti (İŞİD – red.) on minlərlə müsəlmanı qətlə
yetirir. Hər kəs bilir ki, Əbu Bəkr Bağdadi ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsi tərəfindən bəslənib, general Devid Petreus tərəfindən
İraqdakı Kemp Bokka düşərgəsində əsir olan zaman təsir altına
salınıb. Mən islam ölkələrində olan bütün insanlardan xahiş edirəm
ki, gözlərini açıb, İblisin təbliğatına təslim olmasınlar".