Yuxarı

Merkel 4-cü dəfə kansler olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Merkel 4-cü dəfə kansler olacaq?

Alman mətbuatında yer alan məlumatlara görə, Kansler Angela Merkel siyasətdən gedəcək. Lakin Merkelin atdığı addımlar bunu demir. Xanım kansler 2 ildən sonra keçiriləcək seçkilərdə qalib gəlmək niyyətindədir.

Axar.az xəbər verir ki, "Der Spiegel" jurnalı Merkelin 2017-ci il parlament seçkilərində dördüncü dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb. Xəbərdə Merkelin Xristian Demokrat Birlik Partiyasının (CDU) səlahiyyətliləri Peter Tauber və Klaus Şüler ilə bir araya gələrək seçki kampaniyasını müzakirə etdiyi bildirilib.

İddiaya görə, 61 yaşlı xanım siyasətçi müttəfiq Xristian Sosial Birlik Partiyasının (CSU) lideri Horst Seehoferlə də 2017-ci il seçkiləri ilə bağlı müzakirə aparıb. Merkel Seehoferə Xristian ittifaqının (CDU / CSU) seçkilərdə qalib gələcəyini deyib. O,namizədliyini 2016-cı ilin əvvəlində elan edəcəyini qeyd edib.

Xatırladaq ki, Angela Merkel ötən il keçirilən seçkilərdə 96,7 % səslə səkkizinci dəfə CDU sədri seçilib. 2000-ci ildən bəri CDU-ya liderlik edən Merkel 22 sentyabr 2013-cü ildə parlament seçkilərin ardından üçüncü dəfə kansler kreslosuna oturub. Merkel 2017-ci il parlament seçkilərində qalib gəlsə belə, kansler seçiləcəyi böyük sual altındadır.

Qeyd edək ki, Merkelin siyasətdən uzaqlaşacağı tez-tez alman mediasında gündəmə gəlir. "Stern" jurnalında 2013-ci ildə yer alan bir xəbərdə Merkelin 2017-ci ildə tamamlanacaq vəzifə müddətindən əvvəl, 2016-cı ildə kansler vəzifəsindən gedəcəyi iddia olunmuşdu.

Tarix
2015.08.01 / 18:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla