Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...
08:30
| Ana səhifə Planet |
|
ABŞ-a aid silahlı pilotsuz uçan aparatlar Türkiyənin Adana şəhərində yerləşən İncirlik hərbi bazasından ilk dəfə uçuşlar gerçəkləşdirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqon sözçüsü Cef Davis açıqlama verib. O, uçuşların Türkiyə ilə ABŞ arasında əldə olunan İncirlik razılaşması çərçivəsində baş tutduğunu bildirib:
"Hələlik heç bir hücum reallaşmayıb, lakin ötən həftəsonu ilk dəfə silahlı pilotsuz aparatlarımız uçuşlara başlayıb".
Qeyd edək ki, buna qədər İncirlikdən ABŞ-a aid yalnız silahsız aparatlar uçuşlar həyata keçirirdi.
|
Tarix
2015.08.04 / 14:51
|
Müəllif
İlham Sahiloğlu
|